AI4DOST
Mükafat və nominasiyalar
SOCGOV çərçivəsində nominasiyalar və iştirak qaydaları
Sosial mükafat kateqoriyaları - Beynəlxalq
Regional sosial təşəbbüs
Sosial sahənin inkişafına elmi töhfə
Sosial könüllülük və vətəndaş təşəbbüsləri
Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər
Fərdi nominasiyalar - Yerli
Sosial sahənin inkişafına davamlı töhfəyə görə
Sosial transformasiya lideri / təşəbbüskarı
İlin gənc sosial innovatoru
AI4DOST SOCIAL AWARD
Bu il Xankəndi şəhərində keçiriləcək "SocGov 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" konfransı çərçivəsində sosial sahədə innovativ təşəbbüslərin, elmi yanaşmaların, vətəndaş iştirakçılığının və fərdi liderliyin təşviqi məqsədilə müsabiqə elan olunur.
Müsabiqənin məqsədi sosial sahədə qabaqcıl təcrübələri, innovativ həlləri, sosial təsiri yüksək olan təşəbbüsləri və bu istiqamətdə fərqlənən fərdləri müəyyən etmək, onların fəaliyyətini təşviq etmək və ictimai tanınmasını təmin etməkdir.