Tez-tez verilən suallar
SOCGOV haqqında tez-tez verilən suallar və cavablar
SocGov (“Society” (cəmiyyət/socium), “Governance” (idarəetmə/dövlətçilik)) – sosial sahədə innovativ dövlət idarəetməsinə yönəlmiş qlobal təsir imkanı olan təşəbbüsdür.
“SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq konfrans və sosial mükafat — sosial idarəetmədə innovasiyanın, dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsinin və inklüziv siyasətlərin hazırlanmasının təşviqinə həsr olunmuş beynəlxalq konfrans və mükafatlandırma mərasimidir.
SOCGOV 2026 tədbirinin əsas məqsədi sosial siyasətin formalaşdırılmasında rəqəmsal təhlil, süni intellekt və məlumat (data) əsaslı qərarvermə mexanizmlərinin rolunu gücləndirmək, regional və beynəlxalq əməkdaşlıq platformasını genişləndirməkdir.
SOCGOV 2026 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən təşkil olunur.
SOCGOV 2026 23 oktyabr 2026-cı il tarixində Azərbaycan Republikasının Xankəndi şəhərində keçiriləcəkdir.
SOCGOV 2026 əyani olaraq keçirilən və əlavə olaraq hibrid iştirak imkanları təqdim edən qlobal konfrans və mükafatlandırma mərasimi formatında təşkil olunur.
• dövlət qurumlarının nümayəndələri
• beynəlxalq təşkilatlar
• qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti təşkilatları
• akademik və elmi-tədqiqat müəssisələri
• sosial innovatorlar, startaplar və müəssisələr
• sahəvi ekspert və mütəxəssislər və s.
SOCGOV-un missiyası sosial xidmətlərdə innovativ tətbiqlərin qlobal miqyasda mübadiləsinə nail olmaqdır.
SOCGOV 2026 aşağıdakı mövzuları əhatə edir:
- sosial xidmətlərin rəqəmsallaşdırılması və innovativ idarəetmə modellərinin tətbiqi;
- süni intellekt və data analitikası vasitəsilə qərarvermə proseslərinin təkmilləşdirilməsi;
- sosial sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının müzakirəsi;
- dövlət, özəl sektor və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın təşviqi
- sosial sahədə innovativ həllərin tanıdılması və mükafatlandırılması.
Konfransda iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçərək müraciət edə bilərsiniz:
socgov.az/az/registration