20.10.2025

SOCGOV 2025 beynəlxalq konfransı ilə bağlı mətbuat konfransı keçirilib

1st image
2nd image
2nd image

SOCGOV 2025 beynəlxalq konfransı sosial xidmətlərin gələcək inkişafı, yeni idarəetmə yanaşmalarının müzakirəsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsi baxımından mühüm platforma olacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində “Süni intellekt insan və transformasiya üçün” mövzusunda baş tutacaq SOCGOV 2025 beynəlxalq konfransı ilə bağlı keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

Qeyd olunub ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Fərid Məmmədov bildirib ki, konfransda dünyanın 20-yə yaxın ölkəsindən nümayəndə iştirak edəcək. Tədbir vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək.

Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

20.10.2025

Aktual xəbərlər

Bütün xəbərlər
AI konfrans
05.06.2025

SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans

Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbir DOST Agentliyi tərəfindən təşkil olunacaq. Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmiləri, yerli və beynəlxalq ekspertləri, eləcə də alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.
Daha ətraflı
AI konfrans
18.09.2025

Sosial xidmətlərin gələcəyinə Azərbaycan imzası

Müasir dövrdə sosial xidmətlərin inkişafı və rəqəmsal texnologiyaların bu sahəyə inteqrasiyası dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini formalaşdırır. Azərbaycan bu istiqamətdə öncül təşəbbüsləri ilə seçilir və bu il ölkəmizdə keçiriləcək ilk "SOCGOV 2025" beynəlxalq konfransı qlobal miqyasda mühüm hadisə kimi qiymətləndirilir.
Daha ətraflı
AI konfrans
25.09.2025

Bakıda xarici mütəxəssislərin iştirakı ilə süni intellektlə bağlı konfrans keçiriləcək

Bakıda Gülüstan sarayında oktyabrın 24-də süni zəkanın sosial sahəyə tətbiqi ilə bağlı konfrans (SOCGOV 2025 Konfransı) keçiriləcək.   Tədbirin məqsədi süni intellektin sosial idarəetmə sahəsində məsuliyyətli və insan-mərkəzli tətbiqini təşviq etməkdir.
Daha ətraflı