SOCGOV nədir?

SOCGOV (“Society” (cəmiyyət/sosium, “Governance” (idarəetmə/dövlətçilik) – sosial sahədə innovativ dövlət idarəetməsinə yönəlmiş qlobal təsir imkanı olan təşəbbüsdür

Layihə haqqında

Haqqımızda video
About logo

SOCGOV 2025 — dövlət qurumlarını, texnoloji liderləri və mütəxəssisləri bir araya gətirən beynəlxalq təşəbbüsdür. Məqsəd — süni intellektin sosial idarəetmə sahəsində məsuliyyətli və insanmərkəzli tətbiqini təşviq etməkdir. Bu forum uzunmüddətli bir platformanın ilk addımıdır və gələcəkdə siyasət formalaşdırmada, xidmətlərin rəqəmsallaşdırılmasında və sosial innovasiyaların yayılmasında əsas rol oynayacaq.

 

Konfrans vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Sosial xidmətlərin gələcək inkişafında rəqəmsal alətlərin, süni intellekt texnologiyalarının və yeni idarəetmə modellərinin rolu müzakirə olunacaq. Tədbir, həmçinin xidmətlərin əlçatanlığını artırmaq, vətəndaş-məmur münasibətlərini yenidən düşünmək və strateji yanaşmalar formalaşdırmaq üçün platforma rolunu oynayacaq. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan İşəgötürənlər Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, müxtəlif dövlət və özəl qurumların nümayəndələri iştirak edəcəklər.

SOCGOV rəqəmlərdə

İştirakçılar, tədbirlər və sosial innovasiyalara dair əsas göstəricilər

15

spiker

350

iştirakçı

20

ölkə

200

könüllü

16

mövzu

4

moderator

49

“AI” robotu

51

media qurumu

11

info