1. Terminlər və təriflər
SOCGOV Portalı — Davamlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra — “DOST Agentliyi”) tərəfindən yaradılmış rəsmi onlayn platformadır. Portalın məqsədi Beynəlxalq Konfrans (bundan sonra — “Konfrans”) haqqında məlumat təqdim etməkdir. Konfrans sosial xidmətlər sahəsində inkişaf perspektivlərinin müzakirəsi, innovativ yanaşmaların, müasir texnologiyaların və süni intellekt alətlərinin tətbiqi, həmçinin milli və beynəlxalq ekspertlərin iştirakı ilə gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsini hədəfləyir.
Portal vasitəsilə həmçinin Konfransda iştirak üçün müraciətlərin təqdim edilməsi və Təşkilatçı ilə qarşılıqlı əlaqə imkanı təmin olunur.
Təşkilatçı — DOST Agentliyi.
İstifadəçi — bu Qaydaların tələblərinə uyğun olaraq Portaldan istifadə edən fiziki şəxs.
Xidmətlər — SOCGOV Portalının informasiya və qeydiyyat xidmətlərini, o cümlədən Konfrans haqqında məlumatların təqdim edilməsini, iştirak üçün müraciətlərin qəbulunu və işlənməsini, eləcə də İstifadəçilərlə əlaqəni əhatə edir.
2. Ümumi müddəalar
2.1. SOCGOV Portalından istifadə etməklə İstifadəçi bu Qaydalarla tanış olduğunu və onların şərtlərini tam şəkildə qəbul etdiyini təsdiq edir.
2.2. Bu Qaydalar SOCGOV Portalının istifadəsi, Konfransda iştirak üçün qeydiyyat və müraciətlərin təqdim olunması, həmçinin əlaqəli xidmətlərdən istifadə qaydasını tənzimləyir.
2.3. Konfransda iştirak üçün müraciət təqdim etmək istəyən İstifadəçi Portaldan qeydiyyatdan keçməlidir.
2.4. Portalda təqdim olunan məlumat və xidmətlər yalnız şəxsi və qanuni məqsədlər üçün nəzərdə tutulur.
2.5. Təşkilatçı bu Qaydalara dəyişikliklər etmək hüququnu özündə saxlayır. Yeni redaksiya Portalda dərc olunduğu andan qüvvəyə minir.
3. Qeydiyyat və hesabın idarə olunması
3.1. SOCGOV Portalının xidmətlərindən istifadə etmək üçün İstifadəçi dəqiq və tam şəxsi məlumatlar təqdim etməklə qeydiyyatdan keçməlidir.
3.2. İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyünə və aktuallığına görə məsuliyyət daşıyır və zərurət yarandıqda onları yeniləməlidir.
3.3. Qeydiyyat və Portalın istifadəsi yalnız İstifadəçinin özü tərəfindən həyata keçirilir. Hesab məlumatlarının üçüncü şəxslərə verilməsi qadağandır.
3.4. Təşkilatçı Qaydaların pozulması halında İstifadəçinin hesabını məhdudlaşdıra və ya ləğv edə bilər.
4. İstifadəçinin hüquq və vəzifələri
4.1. İstifadəçi öz hüquq qabiliyyətini və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu Qaydalarda nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmək üçün tələb olunan yaş həddinə çatdığını təsdiq edir.
4.2. İstifadəçi Portaldan yalnız qanuni məqsədlərlə istifadə etməyi, onun işinə, məlumat təhlükəsizliyinə və üçüncü şəxslərin hüquqlarına zərər verə biləcək hərəkətlərdən çəkinməyi öhdəsinə götürür.
4.3. İstifadəçiyə aşağıdakı hərəkətlər qadağandır:
qeydiyyat və ya müraciət zamanı yalan və ya yanlış məlumat təqdim etmək;
Portal vasitəsilə zərərli məzmun, reklam və ya spam yaymaq;
məlumatlara, sistemlərə və digər istifadəçilərin hesablarına icazəsiz daxil olmağa cəhd göstərmək.
5. Təşkilatçının hüquq və məsuliyyəti
5.1. Təşkilatçı aşağıdakı hüquqlara malikdir:
- bu Qaydalara dəyişikliklər etmək;
- Qaydaların pozulması halında İstifadəçinin Portala girişini dayandırmaq və ya məhdudlaşdırmaq;
- İstifadəçinin müraciətlərini əsaslandırma təqdim etmədən rədd etmək, əgər İstifadəçinin hərəkətlərində qeyri-qanuni və ya qeyri-etik davranış əlamətləri aşkar edilərsə.
5.2. Qaydaların pozulması halında Təşkilatçı tədbir növünü və əsaslarını müstəqil müəyyən edir, o cümlədən müraciətlərin rədd edilməsi və ya hesabın bloklanması hüququna malikdir. Bu zaman Təşkilatçı qəbul etdiyi qərarın səbəblərini üçüncü şəxslərə açıqlamaq öhdəliyi daşımır.
5.3. Təşkilatçı aşağıdakılara görə məsuliyyət daşımır:
- Portalın fəaliyyətində müvəqqəti texniki nasazlıqlar və fasilələr nəticəsində yaranan məlumat itkisinə (Azərbaycan Respublikasının fərdi məlumatların qorunması qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla);
- Portalın xidmət keyfiyyəti, sürəti və sabitliyinə;
- məlumatların düzgünlüyü, tamlığı və vaxtında ötürülməsinə (qanunla tələb olunan hallar istisna olmaqla).
5.4. Təşkilatçı Portalın fasiləsiz və etibarlı fəaliyyətini, həmçinin İstifadəçilərin fərdi məlumatlarının qorunmasını təmin etmək üçün qanunvericiliyə və Məxfilik Siyasətinə uyğun bütün zəruri tədbirləri həyata keçirir.
6. Yekun müddəalar
6.1. SOCGOV Portalından istifadə İstifadəçinin bu Qaydaların və Məxfilik Siyasətinin bütün müddəalarına razılığını ifadə edir.
6.2. Bu Qaydalarla tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll olunur.
6.3. Portalın istifadəsi ilə bağlı əlavə məlumat və ya sorğular üçün İstifadəçi Təşkilatçı ilə aşağıdakı elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilər: