İstifadə qaydası

SOCGOV portalı – Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (bundan sonra – DOST Agentliyi) təşkil etdiyi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsinə xidmət edən beynəlxalq konfransla (bundan sonra - Konfrans) bağlı məlumatı ehtiva edən, habelə Konfransda iştirak məqsədilə müraciət edilməsi üçün təsis edilmiş onlayn portal;

Təşkilatçı - DOST Agentliyi;
İstifadəçi – SOCGOV portalının istifadə qaydaları sənədinin şərtlərinə uyğun portaldan istifadə edən fiziki şəxs;
Xidmətlər - SOCGOV portalı vasitəsilə Konfransla bağlı məlumatların təqdim edilməsi və portalda yerləşdirilmiş xüsusi pəncərə vasitəsilə Konfransda iştirak edilməsi üçün müraciətlərin qəbul və emal edilməsi, habelə cavablandırılması.

1. Ümumi məlumatlar

  • İstifadəçi bu qaydaları qəbul etməklə SOCGOV portalında qeydiyyatdan keçir və şərtləri qəbul etdiyini təsdiqləyir;
  • Bu qaydalar SOCGOV portalından istifadə və Konfransda iştirak üçün qeydiyyat şərtlərini müəyyən edir;
  • İstifadəçilər SOCGOV portalı üzərindən Konfransda iştirak etmək məqsədilə müraciət etmək üçün qeydiyyatdan keçməlidir;
  • SOCGOV portalında yerləşdirilən məlumatlar və xidmətlər yalnız şəxsi istifadəyə və qanuni məqsədlər üçün nəzərdə tutulub.


2. Qeydiyyat və hesabın idarə edilməsi

  • İstifadəçi SOCGOV portalında xidmətlərdən istifadə etmək üçün müvafiq şəxsi məlumatları daxil edərək qeydiyyatdan keçməlidir;
  • Qeydiyyat prosesi zamanı təqdim edilən məlumatların düzgün və tam olması vacibdir. İstifadəçi təqdim etdiyi məlumatların dəqiq olduğunu təsdiq etməlidir;
  • İstifadəçi yalnız öz adından istifadə etməlidir;
  • İstifadəçi hesab məlumatlarını digər şəxslərə verməməlidir.