05.06.2025

SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans

1st image

Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbir DOST Agentliyi tərəfindən təşkil olunacaq.

Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmiləri, yerli və beynəlxalq ekspertləri, eləcə də alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

SOCGOV 2025 süni zəkanın cəmiyyətin sosial həyatına təsiri və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunacağı nüfuzlu platformasına çevriləcək.
Konfransın hər il keçirilməsi və beynəlxalq ənənəyə çevrilməsi planlaşdırılır.

05.06.2025

Aktual xəbərlər

Bütün xəbərlər
AI konfrans
18.09.2025

Sosial xidmətlərin gələcəyinə Azərbaycan imzası

Müasir dövrdə sosial xidmətlərin inkişafı və rəqəmsal texnologiyaların bu sahəyə inteqrasiyası dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini formalaşdırır. Azərbaycan bu istiqamətdə öncül təşəbbüsləri ilə seçilir və bu il ölkəmizdə keçiriləcək ilk "SOCGOV 2025" beynəlxalq konfransı qlobal miqyasda mühüm hadisə kimi qiymətləndirilir.
Daha ətraflı
AI konfrans
25.09.2025

Bakıda xarici mütəxəssislərin iştirakı ilə süni intellektlə bağlı konfrans keçiriləcək

Bakıda Gülüstan sarayında oktyabrın 24-də süni zəkanın sosial sahəyə tətbiqi ilə bağlı konfrans (SOCGOV 2025 Konfransı) keçiriləcək.   Tədbirin məqsədi süni intellektin sosial idarəetmə sahəsində məsuliyyətli və insan-mərkəzli tətbiqini təşviq etməkdir.
Daha ətraflı
AI konfrans
20.10.2025

SOCGOV 2025 beynəlxalq konfransı ilə bağlı mətbuat konfransı keçirilib

SOCGOV 2025 beynəlxalq konfransı sosial xidmətlərin gələcək inkişafı, yeni idarəetmə yanaşmalarının müzakirəsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsi baxımından mühüm platforma olacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində “Süni intellekt insan və transformasiya üçün” mövzusunda baş tutacaq SOCGOV 2025 beynəlxalq konfransı ilə bağlı keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
Daha ətraflı