SOCGOV 2026-da kimlər iştirak edəcək?
30.09.2026
23 oktyabr 2026-cı il tarixində Xankəndidə keçiriləcək “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu dünyanın müxtəlif ölkələrindən olan yüksəksəviyyəli qonaqları bir araya gətirəcək.
Forumda müxtəlif ölkələrin hökumət və dövlət qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də sosial siyasət, rəqəmsal transformasiya və innovasiyalar sahəsində tanınmış ekspertlərin iştirakı gözlənilir.
Ətraflı mətni oxuyun: socgov.az/az/participants
30.09.2026
Digər xəbərlər
Aktual xəbərlər
Yerli və qlobal AI xəbərləri, sosial texnologiyalar və idarəetmədə innovasiyalar barədə ən son yeniliklər
18.06.2026
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq müzakirə və əməkdaşlıq platforması kimi nəzərdə tutulur. Məqsəd sosial sahədə qlobal əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək, innovativ texnoloji həlləri təşviq etmək, inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə kimi mövzular müzakirə olunacaq.Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən tərəflərin nümayəndələri, ekspertlər və tədqiqatçıların iştirakı nəzərdə tutulur.Tədbir çərçivəsində “Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər”, “Sosial könüllülük və vətəndaş təşəbbüsləri”, “Sosial inkişafa elmi töhfə”, “Regional sosial təşəbbüs” nominasiyaları üzrə müsabiqə keçiriləcək.
Ətraflı məlumat
05.06.2025
SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans
Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbir DOST Agentliyi tərəfindən təşkil olunacaq. Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmiləri, yerli və beynəlxalq ekspertləri, eləcə də alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.
Ətraflı məlumat
18.09.2025
Sosial xidmətlərin gələcəyinə Azərbaycan imzası
Müasir dövrdə sosial xidmətlərin inkişafı və rəqəmsal texnologiyaların bu sahəyə inteqrasiyası dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini formalaşdırır. Azərbaycan bu istiqamətdə öncül təşəbbüsləri ilə seçilir və bu il ölkəmizdə keçiriləcək ilk "SOCGOV 2025" beynəlxalq konfransı qlobal miqyasda mühüm hadisə kimi qiymətləndirilir.
Ətraflı məlumat