Ağıllı idarəetmə üçün rəqəmsal təhlil

SOCGOV 2026: Sosial idarəetmə və rəqəmsal transformasiya üzrə beynəlxalq platforma

Layihə haqqında

SOCGOV sosial siyasət, rəqəmsal transformasiya və innovativ idarəetmə sahəsində beynəlxalq əməkdaşlığı təşviq edən platformadır. 2026-cı il buraxılışı sosial siyasətdə məlumat əsaslı qərarvermə, etik süni intellekt və rəqəmsal təhlilin tətbiqinə həsr olunur. SOCGOV 2026 beynəlxalq forum, mükafat proqramı və çoxtərəfli əməkdaşlıq platforması kimi çıxış edir.

Daha ətraflı Right

Məqsədlərimiz

Süni intellektin sosial idarəetmə sahəsində məsuliyyətli və insanmərkəzli tətbiqini təşviq etmək
Rəqəmsallaşma

Süni intellekt və texnologiyalar

Sİ və texnologiyaların tətbiqi ilə sosial xidmətlər daha effektivləşir.

Süni intellekt və rəqəmsal texnologiyalar əsasında sosial xidmətlərin keyfiyyətinin artırılması və idarəetmənin avtomatlaşdırılması

Optimallaşdırma

Dayanıqlı və innovativ sistem

Rəqəmsallaşma ilə daha da güclənən sosial müdafiə sistemi.

Sosial müdafiə sisteminin çevik və innovativ idarəetmə modelinə əsaslanaraq dayanıqlı şəkildə formalaşdırılması   

Strategiya

İnkişaf perspektivləri

Sosial xidmətlərin davamlı inkişafı və daha səmərəli idarə olunması.

İnnovasiya və rəqəmsallaşmaya əsaslanaraq, sosial müdafiə sahəsində dəyişən ehtiyaclara cavab verən yeni strateji inkişaf istiqamətinin müəyyən edilməsi.

Prioritetlər

Yeni strateji istiqamətlər

Yeni tələblərə uyğun çevik idarəetmə modelinin qurulması.

Mövcud vəziyyətin təhlili əsasında sosial xidmətlərin inkişafı üçün prioritet istiqamətlərin müəyyən edilməsi

Spikerlər və moderator

SOCGOV səhnəsində süni intellekt, idarəetmə və sosial yenilik haqqında ən dəyərli fikirlər
Bütün spikerlər Right
speaker background Vurğun Hacıyev

Vurğun Hacıyev

İdarə Heyəti sədrinin müşaviri

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Azərbaycan

speaker background Xəyalə Fətullayeva

Xəyalə Fətullayeva

Rəqəmsal İqtisadiyyat şöbəsinin rəhbəri

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi

Azərbaycan

speaker background Günay Kazımzadə

Günay Kazımzadə

Süni zəka idarəçiliyi üzrə müşavir

Siemens Energy Global

Almaniya

Bütün spikerlər Right

AI4DOST SOCIAL AWARD

Bu il Xankəndi şəhərində keçiriləcək "SocGov 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" konfransı çərçivəsində sosial sahədə innovativ təşəbbüslərin, elmi yanaşmaların, vətəndaş iştirakçılığının və fərdi liderliyin təşviqi məqsədilə müsabiqə elan olunur.

Müsabiqənin məqsədi sosial sahədə qabaqcıl təcrübələri, innovativ həlləri, sosial təsiri yüksək olan təşəbbüsləri və bu istiqamətdə fərqlənən fərdləri müəyyən etmək, onların fəaliyyətini təşviq etmək və ictimai tanınmasını təmin etməkdir.

Müsabiqəyə müraciət et
Competition

Hədəflərimiz

Süni intellektin gücündən istifadə edərək sosial sahədə qlobal standartlar formalaşdırmaq
2025

Birinci Beynəlxalq SOCGOV 2025 konfransı

Ətraflı məlumat
2026

SOCGOV 2026 + Birinci SOCGOV Mükafatları

Ağıllı idarəetmə üçün rəqəmsal təhlil
2027

SOCGOV Türkdilli ölkələrin Qlobal Sammiti 2027

2028

SOCGOV Qlobal Assambleyası 2028

2029

SOCGOV 2029 – 5 illik yubiley

Xəbərlər

Yerli və qlobal AI xəbərləri, sosial texnologiyalar və idarəetmədə innovasiyalar barədə ən son yeniliklər
Bütün xəbərlər Right
“AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsinə müraciət qəbuluna start verildi
15.07.2026

“AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsinə müraciət qəbuluna start verildi

Bu ilin oktyabr ayında Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində təşkil olunan ”AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsinə bu gündən etibarən müraciət qəbulu başlanılıb. Müsabi...
Ətraflı məlumat Right
“SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur
13.07.2026

“SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur

Bu ilin oktyabr ayında Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində ”AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsi elan olunur. Müsabiqənin məqsədi sosial sahədə qabaqcıl təcrübələrin...
Ətraflı məlumat Right
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
18.06.2026

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiri...
Ətraflı məlumat Right
Bütün xəbərlər Right

Tez-tez verilən suallar

Hamısına bax Right
SOCGOV 2026 hansı mövzuları əhatə edir?
Right

SOCGOV 2026 aşağıdakı mövzuları əhatə edir:

-       sosial xidmətlərin rəqəmsallaşdırılması və innovativ idarəetmə modellərinin tətbiqi;

-       süni intellekt və data analitikası vasitəsilə qərarvermə proseslərinin təkmilləşdirilməsi;

-       sosial sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının müzakirəsi;

-       dövlət, özəl sektor və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın təşviqi

-       sosial sahədə innovativ həllərin tanıdılması və mükafatlandırılması.

SOCGOV 2026 onlayn yoxsa əyani qaydada keçiriləcək?
Right

SOCGOV 2026 əyani olaraq keçirilən və əlavə olaraq hibrid iştirak imkanları təqdim edən qlobal konfrans və mükafatlandırma mərasimi formatında təşkil olunur.

SOCGOV-un missiyası nədir?
Right

SOCGOV-un missiyası sosial xidmətlərdə innovativ tətbiqlərin qlobal miqyasda mübadiləsinə nail olmaqdır.

SOCGOV 2026-da kimlər iştirak edə bilər?
Right

•    dövlət qurumlarının nümayəndələri 
•    beynəlxalq təşkilatlar 
•    qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti təşkilatları 
•    akademik və elmi-tədqiqat müəssisələri 
•    sosial innovatorlar, startaplar və müəssisələr 
•    sahəvi ekspert və mütəxəssislər və s. 

Hamısına bax Right

Yeni dövrün başlanmasına qalır

0

GÜN

:

0

SAAT

:

0

DƏQİQƏ

:

0

SANİYƏ

Təşkilatçılar

Media tərəfdaşlar