“AI4DOST Sosial Mükafatı” müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb

17.09.2026

“AI4DOST Sosial Mükafatı” müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb

Bu ilin oktyabr ayında Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində təşkil olunan ”AI4DOST Sosial Mükafatı 2026” beynəlxalq müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.

DOST Agentliyi tərəfindən keçirilən müsabiqəyə ümumilikdə 84 müraciət daxil olub. Müraciətlərin 32-si beynəlxalq, 52-si isə milli istiqamət üzrə qeydə alınıb. Aparılan təhlillərin nəticələrinə əsasən, ümumilikdə 32 layihə ilkin qiymətləndirmə mərhələsinə vəsiqə qazanıb. Bunlardan 17-si beynəlxalq müsabiqə (Ukrayna, Yunanıstan, Özbəkistan, Rusiya və s. ölkələrdən), 15-i isə milli müsabiqə üzrə təqdim olunan ərizələrdir.

Xatırladaq ki, beynəlxalq müsabiqənin əsas məqsədi sosial sahədə qabaqcıl təcrübələrin, innovativ həllərin və sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir. Müsabiqə 4 əsas kateqoriya (sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər, sosial könüllülük və vətəndaş təşəbbüsləri, sosial sahənin inkişafına elmi töhfə və regional sosial təşəbbüs), həmçinin fərdi nominasiyalar (“İlin gənc sosial innovatoru”, “Sosial transformasiya lideri / təşəbbüskarı” və “Sosial sahənin inkişafına davamlı töhfəyə görə”) üzrə keçirilir.

Qeyd edək ki, hazırda təqdim olunan müraciətlərin qiymətləndirilməsi mərhələsi davam etdirilir. Müsabiqə qaliblərinin təntənəli mükafatlandırılma mərasimi bu ilin oktyabr ayında Xankəndi şəhərində baş tutacaq “SOCGOV 2026” forumu çərçivəsində təşkil olunacaq.

17.09.2026

Digər xəbərlər

Aktual xəbərlər

Yerli və qlobal AI xəbərləri, sosial texnologiyalar və idarəetmədə innovasiyalar barədə ən son yeniliklər
Bütün xəbərlər
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
18.06.2026

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq müzakirə və əməkdaşlıq platforması kimi nəzərdə tutulur. Məqsəd sosial sahədə qlobal əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək, innovativ texnoloji həlləri təşviq etmək, inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə kimi mövzular müzakirə olunacaq.Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən tərəflərin nümayəndələri, ekspertlər və tədqiqatçıların iştirakı nəzərdə tutulur.Tədbir çərçivəsində “Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər”, “Sosial könüllülük və vətəndaş təşəbbüsləri”, “Sosial inkişafa elmi töhfə”, “Regional sosial təşəbbüs” nominasiyaları üzrə müsabiqə keçiriləcək.
Ətraflı məlumat
SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans
05.06.2025

SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans

Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbir DOST Agentliyi tərəfindən təşkil olunacaq. Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmiləri, yerli və beynəlxalq ekspertləri, eləcə də alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.
Ətraflı məlumat
Sosial xidmətlərin gələcəyinə Azərbaycan imzası
18.09.2025

Sosial xidmətlərin gələcəyinə Azərbaycan imzası

Müasir dövrdə sosial xidmətlərin inkişafı və rəqəmsal texnologiyaların bu sahəyə inteqrasiyası dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini formalaşdırır. Azərbaycan bu istiqamətdə öncül təşəbbüsləri ilə seçilir və bu il ölkəmizdə keçiriləcək ilk "SOCGOV 2025" beynəlxalq konfransı qlobal miqyasda mühüm hadisə kimi qiymətləndirilir.
Ətraflı məlumat
Bütün xəbərlər Right